\"Birgə sammitin Bakıda keçiriləcəyi gözləniləndir” - Baydenlə Putin Azərbaycana gəlir?

\
Xəbər verdiyimiz kimi, son zamanlar gərginləşən münasibətlər fonunda ABŞ Prezidenti Con Bayden rusiyalı həmkarı Vladimir Putinə müraciət edib. O, üçüncü bir ölkədə birgə sammit keçirmək təklifini irəli sürüb.
 
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Bakının Baydenlə Putin danışıqları üçün çox əlverişli məkan ola biləcəyini dedi:

"Azərbaycan bir neçə dəfə Qərblə Rusiya arasında danışıqlarda vasitəçi rolunda çıxış edib. NATO ilə Rusiyanın yüksək rütbəli generalları arasında son zamanlar baş tutan görüşlər məhz Bakıda reallaşıb. Bu baxımdan Baydenin Putinə üçüncü ölkədə sammit təşkil etmək təklifi razılaşdırıldığı halda, ən münbit ölkə rolunda bu dəfə də məhz Azərbaycan çıxış edə bilər. Niyə də olmasın? bu prosesdə Bakıdan daha layiqli namizəd yoxdur. Çünki Bakı neytral mövqe tutur. Həm Rusiyaya, həm də ABŞ-a münasibətdə məsafə saxlayır. Ona görə də təklif Putin tərəfindən qəbul olunsa, birgə sammitin Bakıda keçiriləcəyi gözləniləndir”.

Lakin həmsöhbətimiz Rusiya prezidentinin Baydenin təklifinə müsbət cavab verəcəyini zənn etmir: 

"Bu sammitin baş tutması real görünmür. Çünki Rusiyada Baydenin dediklərinə ciddi münasibət bəsləmirlər. Sabiq Prezident Donald Trampla bağlı deyirdik ki, o xarici siyasətdə qeyri-adekvat addımlar atır.  Lakin Baydenin Putini qatil adlandırması onu göstərdi ki, qeyri-adekvatlıqda o, Trampdan da irəlidədir.  Ona görə də həmin təklifin Kreml tərəfindən qəbul olunacağı sual altındadır. Başqa bir tərəfdən, ABŞ-la Rusiya arasında gərginlik həddən çox dərin qatlara hopub.  Xüsusən də, Ukrayna məsələsində. Ona görə də  görüş olsa belə, problemləri bir görüşlə həll etmək mümkün deyil”.

Politoloqa görə, Baydenin bu təklifi verməkdə məqsədi Putinin nəbzini yoxlamaq olub:  

"Görünür, o Putinlə münasibətləri yumşaltmaq istəyir.  Əsas məqsəd isə nüfuz qazanmağa hesablanıb”.

Elçin
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...