Birbank istifadəçilərinin dəstəyi ilə Gəncədə ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Birbank istifadəçilərinin dəstəyi ilə Gəncədə ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Xəbər verdiyimiz kimi, 1 sentyabr 2021-ci il tarixindən başlayaraq Birbank istifadəçiləri bonus şəklində topladıqları hər 50 000 "ürəyi” 1 ağaca dəyişə bilirdilər. Aksiyanın yekununda Gəncə şəhərində yerləşən Nizami məqbərəsinin ətrafında ağaclar əkilib. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təşkil edilib.


 

Bildiyiniz kimi, 2021-ci il ölkə başçısı tərəfindən "Nizami ili” elan olunub. Həmçinin bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunub. Əkilən ağacların sayı da rəmzi məna daşıyaraq 880 ədəd olub. 1 oktyabr 2021-ci il tarixində keçirilən tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Kapital Bank-ın nümayəndələri iştirak ediblər.

 

 

Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial aksiyalar təşkil edir. Bu istiqamətdə olan əsas layihələrdən biri ağacəkmə ilə bağlıdır. Birbank istifadəçiləri də həmrəylik göstərərək, bu aksiyaya öz töhfələrini veriblər.


 

3 milyondan artıq istifadəçi tərəfindən yüklənən Birbank-ın bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, kredit və BirKart sifarişi, NFC ödənişlər imkanı, rəqəmsal kart sifarişi, bankomatdan QR kod vasitəsilə nağdılaşma, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.

 

 

Ödəniş kartlarının təhlükəsiz istifadə olunması üçün yaradılan funksionallıqlar da əsas özəlliklər sırasındadır. Birbank-da kartı bloklamaq, PİN kodunu dəyişmək, 3DS və SMS xəbərdarlıq xidmətlərinə qoşmaq və ən əsası istifadə üzrə gündəlik və aylıq limitləri təyin etməkdir. Ətraflı məlumat üçün www.birbank.az saytına müraciət edə bilərsiniz.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezidentin xəbərdarlığından nəticə çıxarmayanlar: Ata tender keçirir, oğul qazanır

Azərbaycanda tenderlərin, dövlət satınalmalarının korrupsiyanın ən geniş yayıldığı sahə olaraq qaldığı heç kimə sirr deyil. Artıq vəziyyət o yerə çatıb ki, məmu...

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev özünə yeni "BMW" markalı xidməti avtomobil alıb. Sfera.az xəbər verir ki, ...

Unibank “Narıncı cümə” kampaniyası keçirir - FOTO

Unibank kart sahibləri ilsonunun ən sərfəli alış-verişini edə biləcəklər. Bunun üçün Bank öz müştərilərinə xüsusi imkan yaradıb. Unibankın keçirdiyi "Narıncı ...

Unibank özünüməşğulluq layihəsinin birinci mərhələsini başa çatdırdı - FOTOLAR

Unibank özünüməşğulluq layihəsi çərçivəsində ölkə vətəndaşlarının şəxsi bizneslərinin yaradılması prosesində fəal iştirak edir. Bank layihənin birinci mərhələ...

Mikayıl Cabbarov Dünya Bankının regional vitse-prezidenti ilə görüşdü - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde ilə görüşüb. Sfera.az  xəbər v...

Mikayıl Cabbarov Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüşdü - FOTOLAR

İqtisadiyyat Nazirliyində Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirilib. Sfera.az  Nazirliyə istinadən xəbər verir ki, əvvəlcə torpa...