BirBank-ın “Ürəklər”inə qoşulmaq daha rahat oldu

BirBank-ın “Ürəklər”inə qoşulmaq daha rahat oldu
 

BirBank-ın "Ürəklər” loyallıq proqramına qoşulmaq indi daha asan və rahat oldu. Proqrama qoşulmaq istəyənlər partnyorlar hesab açmadan, POS terminal quraşdırmadan BirBank mobil tətbiqinin hədiyyələr bölməsində öz təkliflərini verə bilərlər. Bunun üçün banka yaxınlaşmadan www.kapitalbank.az/birbank/hearts linkinə keçid edərək, əməkdaşlıqla bağlı sorğunu göndərmək lazımdır.

Bununla da partnyorlar təklif edəcəyi xidmət və ya məhsulla geniş auditoriyanın diqqətini cəlb edərək, xidmətlərin və məhsulların tanınmasına, brendin möhkəmlənməsinə, müştəri vizitlərinin sayını artmasına nail olacaqlar.

Məlumat verdiyimiz kimi, BirBank tətbiqinin istifadəçiləri POS terminal, İnternet və BirBank vasitəsilə ödənişlər edərək, "ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, BirBank vasitəsilə Kapital Bank-a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

OXŞAR XƏBƏRLƏR

Ekspert: “SOCAR nəinki yerli, hətta beynəlxalq layihələri də icra etməyə qadirdir”

Avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi baş tutub. Bu dayaq bloku SOCA...

Avqustun 12-də dolların manata qarşı məzənnəsi

  Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb. Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, 12.08.2020-ci il ta...

Azərbaycan nefti bahalaşıb

  Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,34 ABŞ dolları və ya 0...

Ekspert: "SOCAR “Qarabağ” yatağını işlətməyə texnoloji baxımdan qadirdir"

  Ötən gün ölkə başçısının iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi...

Azərbaycanda gümüşün qiyməti 50 manata yaxınlaşır

  Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə ucuzlaşıb. Sfera.az xəbər verir ki, avqustun 11-də qızılın qiyməti avqustun 10-u ilə müqayisədə 18,4535 manat (...

Azərbaycan Beynəlxalq Bankı FICOSiron® proqramının tətbiqini başa çatdırdı

  Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində daha bir qabaqcıl yeniliyə imza ...