“Bir şəhid övladı deyə bilməz ki, Floranı çağırdım, gəlmədi...” – Xalq artistindən açıqlama

“Bir şəhid övladı deyə bilməz ki, Floranı çağırdım, gəlmədi...” – Xalq artistindən açıqlama
"Qazi toyuna getmək, təmənnasız iştirak etmək ayaqüstə alqışlanası əməldir. Amma borclu olduğu halda, bunu minnətə çevirib qazilərə qaxınc etmək, millətə özünü yaxşı sırımaq xatirinə gündəmə çevirmək insanın cılızlığı, mədəniyyətinin əskikliyidir”.

Sfera.az bildirir ki, bunu Xalq artisti Flora Kərimova izləyicilərinin suallarını cavablandırarkən deyib. O, illər əvvəl 11 min şəhidi, 50 min qazisi, 4 mindən çox itkini olan ölkənin Xalq artisti olduğunu vurğulayıb:

"Bu faciəni indi çoxları unudub. Mənim isə yaddaşım hələ də qan ağlayır. Nə Xocalını unutmuşam, nə də əsirlikdə olan qız-gəlinlərimizi. İndi isə qalib bir dövlətin sənətkarıyam. O yaranı 27 il ürəyimdə daşımışam. Etdiyim əməllərimlə bu gün qürrələnməyə sizdən çox haqqım çatır, bununla belə şadlana bilmirəm.
O illərdə nə indiki kimi şəhid dəfn olunurdu, nə də qazilər yada düşürdü. Bu illər ərzində bir qazi, şəhid övladı deyə bilməz ki, Floranı bir məclisimə çağırdım, gəlmədi. Təəssüf ki, həmin illər İnstaqram, nə də alternativ vasitələr var idi. 25 il efir qadağası olan biri idim. Mən bu etdiklərimi dilə gətirmədim, gündəm etmədim. Çox şükür edirəm ki, yaradan bu xisləti mənə rəva bilmədi”.
 
Türkan
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...