Bir qrup azərbaycanlı \"Volkswagen\"i məhkəməyə verdi - SƏBƏB

Bir qrup azərbaycanlı \
"Passat” avtomobillərinin qüsurları narazılığa səbəb olub.

"Volkswagen Bakı” alıcılarına qüsurlu maşın satdığına görə, onların ciddi narazılığı ilə üzləşib. Bu barədə şikayətçilər Samir Zeynalov və Leyla Məmmədova Lent.az -a müraciət məktubu ünvanlayıblar. İstehlakçılar "Volkswagen Bakı” mərkəzini onları aldatdığına görə məhkəməyə veriblər. Söhbət 2011-ci ilin "Passat” markalı avtomobillərindən gedir.

Vətəndaşlar avtomobillərinin lazımi keyfiyyətdə olmadığını vurğulayaraq, buna görə də külli miqdarda zərər gördüklərini deyiblər. Onların sözlərinə görə, avtomobillər 80 min kilometr sürülüb. Lakin şikayətçilər alınan vaxtdan mühərrik və sürətlər qutusunun qüsurlu olmasından gileyləniblər. Bundan əlavə, sahibkarlar maşında yağ azalmaları, dartınmalar da müşahidə ediblər. Fotolarda da mühərrikin xarab olmuş və sınmış hissələrinin görüntüləri əks olunub. Adları çəkilən alıcılar qısa müddətdə avtomobilin həddindən artıq yağ sərf etməsini normal hesab etməyiblər. Bu səbəbdən də ya maşınlarının, ümumiyyətlə, geri qaytarılmasını, ya da yenisi ilə əvəzlənməsini istəyirlər. Problemin bu yerə qədər uzanmasında isə "Volkswagen Bakı” mərkəzinin günahkar olduğu bildirilir. Çünki mərkəz bu faktı hər dəfə bir bəhanə ilə gizlətməyə çalışıb. Artıq bir neçə ildir vəziyyət belə davam edir.

İş o yerə gəlib çatıb ki, vətəndaşlar Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinə müraciət etməli olublar. Bundan başqa, istehlakçılar bu cür qüsurlu avtomobillərin Azərbaycana buraxılmasının qarşını almaq məqsədilə Dövlət Gömrük Komitəsinə də üz tutacaqlarını qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...