“Bir qəpiyi olmayan vətəndaşı nüvə silahı da qorxuda bilməz” – Deputatdan karantin qaydalarına etiraz

“Bir qəpiyi olmayan vətəndaşı nüvə silahı da qorxuda bilməz” – Deputatdan karantin qaydalarına etiraz
"Koronavirusun yaratdığı ölüm təhlükəsi məni də narahat edir. Amma vətəndaşlarımızın düşdüyü çarəsiz durum məni daha çox incidir”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. O bildirib ki, bu müddət ərzində insanlarımız çox kasıblaşıb, ümidsizləşib:

"Dövlətin bəzi kateqoriya vətəndaşlara verdiyi sosial yardım onları sadəcə ayaqda saxlayır. Çoxlu iş yerləri bağlanıb, turizm sahəsində çalışanlar ümidsizlikdən bezib. Axı niyə turizmi aça bilmərik? Əslində bizim kimi turist cəlb etməkdə çətinlik çəkən ölkələr bu fürsətdən istifadə etməli idi. 
 
Əgər vətəndaşlarımızın ləyaqətli həyatını təmin edə bilsək, heç kim qapanmadan narazı qalmaz, evində oturub seriala baxar. Amma arxasında bir qəpiyi olmayan vətəndaşı heç nüvə silahı da qorxutmaz, nəinki bir mikroskopik korona. Biz Amerika, Almaniya, Fransa və ya Britaniya deyilik ki, bir neçə aya özümüzə gələk. İqtisadiyyatımıza və iş yerlərinə dəyən ziyanı illərlə bərpa edə bilməyəcəyik”.

Millət vəkilinin sözlərinə görə, vətəndaşlarımızın daha yaxşı yaşamaq ümidləri ildən-ilə azalır: "90-cı illərin sonunda neft şirkətlərində işləyən xarici vətəndaşlar bizə deyirdi ki, ilk dəfə biz Dubaya gələndə onlar ayaqqabımızı təmizləyirdi, indi biz onların çəkməsini "maz”layırıq. On il keçər, siz azərbaycanlılar da bizə çəkmənizi təmizlətdirərsiniz. Amma iki onillik keçib, biz yenə də ayaqqabı təmizləyirik”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...