No Image
No Image
No Image

Bir gündə ermənilər əlindən 5 ailə üzvünü aldı... - Video

Bir gündə ermənilər əlindən 5 ailə üzvünü aldı... - Video
Ermənistan silahlı qüvvələrinin 17 oktyabr gecə 01 radələrində Gəncəyə raket zərbələri endirməsi nəticəsində ailə üzvlərini itirənlərdən biri də Rövşən Əsgərovdur.

Sfera.az Qafqazinfo-dan aldığı məlumata görə, həmin dəhşətli faciədə R.Əsgərovun atası Suliddin Əsgərov, qardaşı Bəxtiyar Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və R.Əsgərovun böyük bacısının qızı - bu gün 15 yaşı tamam olacaq Nigar Əsgərova həlak olub.

Rövşən Əsgərovun özü dağıntılar arasından yüngül zədələrlə çıxarılsa da, anası ilə 15 yaşlı oğlu xəstəxanaya yerləşdirlib.

 

Əməkdaşlarımızla həmsöhbət olan 41 yaşlı R.Əsgərov bildirib ki, hazırda yaralı olan anası və oğlunun 5 ailə üzvlərinin həlak olmasından xəbəri yoxdur.

Ailəsi məhv olan müsahibimiz onu da bildirib ki, Narinin atası hərbçi imiş: "Hələ də özünə gəlməyib, bütün günü Narinlə yoldaşının adını çəkir”. 

Onu da qeyd edək ki, ötən gün Narinin dəfni zamanı ürəkləri dağlayan, kəfənə bükülən cəsədi ilə fotosu olan şəxs Rövşənin qardaşı Teymur Əsgərovdur...




OXŞAR XƏBƏRLƏR

Mingəçevirdə qonşuların davasında iki nəfər xəsarət alıb

 Mingəçevirdə qonşular arasında dava düşüb, xəsarət alanlar var. Sfera.az xəbər verir ki, hadisə Yeni Həyat köçkün qəsəbəsində baş verib. Mübah...

Düşmənin döyüş texnikası və sursatları məhv edildi - VİDEO

 Oktyabrın 25-də günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endirib. ...

Göygöldə zəlzələ oldu

 Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə Sfera.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən ...

Hikmət Hacıyev şəhidimizdən yazdı - FOTO

 "Azərbaycanın igid oğlu - əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun...

Anar Eyvazov: “Düşmən havadan və qurudan darmadağın edilir”

"Qoşunlarımız əməliyyat şəraitinə tam olaraq nəzarət edir”. Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-...

Qubadlı istiqamətində hücuma cəhd edən düşmən 50 nəfər itirdi - Video

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Sfera.az Müdafiə Nazirliyinə istinadən xəbər ve...