AKTUAL

“Bir daha ora getməyəcəm...” – Məşhur kafedən narazılıq var

“Bir daha ora getməyəcəm...” – Məşhur kafedən narazılıq var

Şəfiqə Fərzəliyeva adlı istifadəçi "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.

 

 

Sfera.az xanım istifadəçinin şikayət məktubunu oxucularına təqdim edir: "Dünən dedim siftə edim, gedim "Gloria Jeans Coffees -Resulzade 2”-də bir fincan qəhvə içim. Məni tanıyanlar bilir ki, özüm boyda çantalarım olur. Boş masa tapdım, əyləşdim, çantamı da boş oturacağa qoydum. Günün, ilin bu korona vaxtında yerə qoya bilməzdim ki, masaya da qoysaydım, qəhvəni qucağımda içməli olardım. ”


 

Çantası çirklənməsin deyə, onu yanındakı boş oturacağa qoyan xanım istifadəçi kafe əməkdaşının hörmətsiz davranışı ilə üzləşdiyini bildirir:

 

"Kafenin işçisi mənə yaxınlaşıb çantamı oturacaqdan götürməyimi tələb etdi və bildirdi ki, bu oturacaq əyləşmək üçündür, çanta qoymaq üçün deyil. Halbuki, çantasını oturacağa qoyan tək mən deyildim. Ona izah edə bilmədim ki, çantamı yerə qoya bilmərəm, çirklənər. Nə illah etdim, dediyindən dönmədi ki, dönmədi, öz dediyini deyib durdu: " Oturacaq çanta qoymaq üçün deyil, əyləşmək üçündür, götürün çantanızı”.Deyirəm, ay qardaş, bu çanta mənim üçün canlı varlıqdır, tənhalığımı üzümə vurma da, bəlkə çantamla oturub söhbət edəcəyəm, nə istəyirsən məndən? Elə yapışıb ki, yox e, götürün çantanızı. Axırda mübahisə etməkdən bezib dedim ki, hər oturacaqda 5 dəqiqə əyləşəcəyəm və bu problemi həll etmiş olacağıq, xahiş edirəm, əl çəkin məndən”.


 

Məktubunu gileylə başa vuran şikayətçinin sözlərindən belə anlamaq olar ki, o bir daha sözügedən kafeni ziyarət etməyəcək:

 

"O qəhvəni necə içdiyimi bilmədim. Belə vəziyyətlə ilk dəfə qqarşılaşırdım. Qurban olaram "Casual Brasserie Cafe Bar”a. 6 nəfərlik masada tək də əyləşmişəm, yaxınlaşıb belə 3 manatlıq söhbət etməyiblər.”

P.S. Qrup üzvləri xanım istifadəçinin durumuna 255 bəyənmə ilə reaksiya veriblər. Şərhlərin əksəriyyətində adıçəkilən kafenin son zamanlardakı fəaliyyəti pislənib.

 

 

Sfera.az

Selcani

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031