“BioNTech”in yaradıcısı: \"Bu il uşaqlara vaksin vurula bilər\"

“BioNTech”in yaradıcısı: \
"İmmuniteti zəif olan insanlara koronavirus əleyhinə üçüncü doza vaksin vurulması mütləqdir”.

Sfera.az xəbər verir ki, bunu COVID-19-a qarşı "BioNTech” vaksinini kəşf edən türkiyəli alim Uğur Şahin Almaniya qəzetlərindən birinə verdiyi müsahibəsində deyib.

O, 5-11 yaş arası uşaqların COVID-19-a qarşı vaksinasiya olunması məsələsinə toxunaraq bildirib ki, bu il üçün uşaqlara peyvənd vurula bilər: "Bu istiqamətdə aparılan bütün araşdırmalar müsbət nəticə verib və əgər aidiyyəti qurumlar razılıq versə, böyük ehtimal bu il məsələ öz həllini tapmış olacaq. Sentyabrın sonunadək Avropa və ABŞ-dakı rəsmilərə verəcəyimiz məlumatlardan nəticə ala biləcəyik”.

U.Şahin hazırda Almaniyada "Delta” ştamının yoluxma sayında artıma səbəb olduğunu da vurğulayıb: "Payız aylarında yoluxma sayının artması qaçılmazdır. Təəssüf ki, virusun yoluxma faizi çox yüksəkdir. Əhalinin 70-80 %-i peyvənd olunsa belə, yerdə qalan 20 % vaksinasiyadan keçmədiyi üçün əlavə qorunma olmadan yoluxma hallarının artmasının qarşısını ala bilmərik. Vəziyyətin qarşısını almaq üçün xüsusilə də qapalı məkanlarda sərt tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
 

OXŞAR XƏBƏRLƏR

Növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri AÇIQLANDI

Növbəti illərdə Azərbaycan hökumətinin qarşısında duran əsas infrastruktur layihələri açıqlanıb.   Sfera.az xəbər verir ki, Hacıqabul rayonunda yenid...

Azərbaycan “AcwaPower” ilə enerji saxlanc sistemləri layihələrini MÜZAKİRƏ ETDİ

Azərbaycan Səudiyyə Ərəbistanının “AcwaPower” şirkəti ilə quruda və dənizdə külək enerjisi, enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq məs...

Prezident: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması – Red.) 230 min hektar əkin sahəsini əhatə edəcək.   Sfera.az xəbər verir...

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu BİLDİRDİ

Ukrayna Rusiya ilə danışıqlara hazırdır.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin “PBS NewsHour&rdquo...

İlham Əliyev: "İnfrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var"

Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layih...

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün kvota MÜƏYYƏNLƏŞDİ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.   Sfera.az xəbər verir ki...