No Image

Binə Agro şirkətində re-brendinq

Binə Agro şirkətində re-brendinq
 "İnkişaf, yeniliyə açıqlıq, innovativ təşəbbüslərə dəstək, gənc insanların layihələrində iştirak - "Binə Aqro" QSC-nin hər zaman gündəlik fəaliyyət strategiyasının tərkib hissəsi olmuşdur və olmaqdadır. Bu nöqteyi nəzərdən çıxış edərək, biz sadəcə loqomuzu yeniləmirik. "Binə Aqro" QSC olaraq gənclərimiz və sahibkar tərəfdaşlarımızla həyata keçirəcəyimiz təşəbbüslərə dəstək olmaq və milli iqtisadiyyatımıza yeni töhfələr vermək niyyətində olduğumuzu əminliklə vurğulayırıq. Yeni brend yanaşmamız ilə maraqlı təşəbbüslərə və önəmli layihələrə start veririk!" - bu barədə Binə Agro şirkətinin Direktorlar Şurasının sədri İlham Nağıyev öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Qeyd edək ki, ölkəmizdə 2011-ci ildən istixana fəaliyyətini həyata keçirən "Binə Aqro” QSC kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində doqquz ildən artıq təcrübəyə malikdir. 75 hektar olan istixana kompleksində pomidor, xiyar, bibər, badımcan, brokoli kimi müxtəlif tərəvəz məhsulları istehsal edilir.
 
Bu məhsullar həm daxili tələbatın ödənilməsinə, həm də ixraca yönəldilir.

OXŞAR XƏBƏRLƏR