Bill Qeytsdən pandemiyanın bitəcəyi tarixlə bağlı AÇIQLAMA

Bill Qeytsdən pandemiyanın bitəcəyi tarixlə bağlı AÇIQLAMA
2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirusla bağlı sevindirici xəbər Bill Qeytsdən gəlib.

Sfera.az xəbər verir ki,  dünyanı COVID-19 kimi bir epidemiyaya qarşı xəbərdar edən və haqlı çıxan Bill Qeyts pandemiyanın nə vaxt bitəcəyini də açıqlayıb.

Bill Qeyts pandemiya ilə bağlı adı ən çox hallandırılan şəxslərdən biridir. Çünki adı sui-qəsd nəzəriyyələri ilə hallanan Qeyts pandemiya xəbərdarlığını əvvəlcədən etmişdi. 2015-ci ildə koronavirusa  bənzər bir epidemiyaya hazır olmadığımızı bildirən və bununla bağlı xəbərdarlıq edən Qeytsi tarix haqlı çıxarmışdı.

İndi isə Bill Qeyts 2022-ci ilin ortalarına qədər koronavirusla əlaqəli ölümlərin çox aşağı səviyyədə olacağını gözlədiyini söyləyib. "Gələn ilin ortalarında təhlükəli variantların ortaya çıxacağını düşünmürəm" deyən Qeyts, COVID-19 səbəbiylə ölüm və yoluxma nisbətlərinin 2022-ci ilin ortalarına qədər mövsümi qrip səviyyəsinə çatacağına inandığını bildirib.

COVID-19-a qarşı başladılan layihələrə maliyyə dəstəyi verən milyarder bu çərçivədə milyonlarla dollar xərcləyib.
 
Xatırladaq ki, Qeyts cütlüyünün rəhbərlik etdiyi Qeyts Fondu hələ 2002-ci ildən başlayaraq "Pfizer”, "BioNTech” və "CureVac” kimi vaksin istehsalı ilə məşğul olan şirkətlərə sərmayə qoyub.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...