No Image

Biləsuvarda avtomobildən 1 kq-dan çox heroin aşkarlandı

Biləsuvarda avtomobildən 1 kq-dan çox heroin aşkarlandı
 Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini R.Abbasov idarə etdiyi "Hyundai” markalı avtomobil saxlanılıb.

Sfera.az xəbər verir ki, avtomobilə baxış zamanı oradan 1 kiloqram 105 qram heroin aşkar edilərək götürülüb.

Sürücü və sərnişinləri - Bakı şəhər sakini E.Şərifov və Neftçala rayon sakini H.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

OXŞAR XƏBƏRLƏR