“Bəzi məqamların aydınlaşmasına ehtiyac var” – Qabil Hüseynli

“Bəzi məqamların aydınlaşmasına ehtiyac var” – Qabil Hüseynli
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədə ən diqqət çəkən məqam onun Ermənistana yekun sülh müqaviləsi və sərhədlərin delimitasiya və demarkasiyası üçün 6 ay vaxt verməsi oldu.
 
Maraqlıdır, 6 ay ərzində Ermənistan tərəfi yekun sülh müqaviləsi imzalamasa rəsmi Bakı nələr edə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli sərhədlərin müəyyənləşməsi üçün bəzi məqamların aydınlaşdırılmasının vacibliyini qeyd edib:
"Təəssüf ki, Azərbaycan müstəqilliyin ilk illərində yanlış siyasət və zəif diplomatiya nəticəsində Ermənistanı 1918-ci il sərhədləri çərçivəsində deyil, məhz 90-cı illərin, daha dəqiq desək SSRİ-nin təyin etdiyi sərhədlər əsasında tanıdı. Ermənistan isə əvəzində Qarabağı işğal etdi. Bu, edilən səhvin ciddiliyindən xəbər verir.
 
Məsələ ondadır ki, 1918-ci ildə Paris sülh konfransının qərarına görə, Zəngəzur, Göyçə Azərbaycanın ərazi vahidləri hesab edilir. İrəvanda isə gələcəkdə ermənilərin Zəngəzur, Naxçıvan və Qarabağa haqq iddia etməməsi qarşılığında ermənilərin qalması qərarlaşdırılmışdı. Bunu ABŞ, Fransa, Böyük Britaniya kimi dövrün super gücləri də qəbul edib. Prezidentin səsləndirdiyi son fikirlər isə ondan xəbər verir ki, 6 ay ərzində bu proses yekunlaşmasa, rəsmi Bakı tarixi haqlarından istifadə edərək Zəngəzur üzərindən Ermənistana təzyiq edəcək. Biz artıq bunun işartılarını hiss edirik”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...