No Image
No Image

Bəzi ərzaqların bahalaşması ilə bağlı - AÇIQLAMA

Bəzi ərzaqların bahalaşması ilə bağlı - AÇIQLAMA
Bir neçə gündür ki, sosial şəbəkələrdə istehlak bazarında  bəzi ərzaqların və məhsulların qiymətinin qalxması barədə məlumatlar paylaşılır. Bildirilir ki, günəbaxan yağının, qarğıdalı yağının, şəkər tozunun, unun, uşaq bezlərinin qiymətində dəyişikliklər var. 

Belə ki, əvvəl 1.72 qəpik olan günəbaxan yağının qiyməti hazırda 2.71 qəpik, 38 manata olan 50 kq-lıq şəkər tozunun qiyməti 52,5 manata, 24.35 qəpiyə olan 50 kq-lıq unun qiyməti 28 manata, 3.80 qəpik olan Heinz pamperslərinin qiyməti isə 4.80 qəpik olub .

Sfera.az xəbər verir ki, məsələylə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərilib. Sorğumuza cavab olaraq bildirilib ki, bazar iqtisadiyyatı şəraitində qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) istisna olmaqla, bütün malların (işlərin, xidmətlərin) qiymətləri rəqabət mühitində, tələb-təklif əsasında formalaşır. 

Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsi bir sıra amillərin, o cümlədən dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri nəticəsində dəyişə bilər.

Çox təssüf ki, bəzi hallarda bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq baş verən əsaslı qiymət artımları da cəmiyyətdə süni qiymət artımı kimi qiymətləndirilir. 

Bildirilib ki, əsassız qiymət artımına yol verilməklə rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran hərəkətlərə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Belə ki, "Antiinhisar fəaliyyəti haqqında” Qanunda əsassız qiymət artımına yol verilməklə əldə olunan mənfəət həcmində cərimə nəzərdə tutulur. Eyni zamanda qanunvericilikdə əsassız qiymət artımları nəticəsində inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaya görə cinayət məsulliyəti nəzərdə tutulur. 

Bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra  ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Həmin monitorinqlərin nəticələri təhlil olunaraq, rəqabətin pozulması hallarının olub-olmaması araşdırılır. Aparılmış təhlillər zamanı hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib.

Əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilən tədbirlə bundan sonra da davam etdiriləcək.

Qanun pozuntuları aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək, habelə cinayət tərkibli hallar aşkar edildiyi təqdirdə toplanmış materiallar aiddiyəti üzrə hüquq mühafizə orqanlarına göndərilicək. (Qafqazinfo)

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dövlət Neft Fondu dollar satışını kəskin azaltdı

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb. Azərbaycan Respublikası Dövlət Neft Fondundan...

Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...

Son illərə qədər Azərbaycanda saxta əlilliyin geniş vüsət almasında, dövlət büdcəsində sosial təminat və sosial müdafiə xərclərinin şişirdilməsində, Dövlət So...

Unibank daha 3 mükafat qazandı

Unibank 2019-cu və 2020-ci illər ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb. Bank Azərbaycan Banklar Assosiasiyasının ənənəvi "Bankçılıq Mükafatları – 201...

Unibank daha çevik idaretmə modelinə keçib

Bank sektorunda sürətli yeniliklərə və bazardakı müsbət dəyişikliklərə hər zaman ilk adekvat cavab verən banklardan olan Unibank, korporativ idarəçiliyində ye...

Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Sfera.az-ın məlumatına görə, martın 1-də qızılın qiyməti fevralın 26-ı ilə müqayisədə 35,5215 manat (1,18 faiz) azalaraq...

Rusiya buğdanın ixrac rüsumunu artırdı

Bu gündən etibarən Rusiya buğdanın ixrac rüsumunun bir tonunu 50 avroya (102 AZN) qədər artırır. Sfera.az xəbər verir ki, bu barədə fərman yanvarın 26-da ...