Beynəlxalq neft şirkətləri 2-ci rübü zərərlə başa vurub

Beynəlxalq neft şirkətləri 2-ci rübü zərərlə başa vurub
 

Koronavirus pandemiyası səbəbindən neftin qiymətindəki kəskin azalma neft şirkətlərinin maliyyə göstəricilərinə mənfi təsir göstərib.

 

 

Sfera.az  xəbər verir ki, artıq bir çox irimiqyaslı enerji şirkətləri bu ilin II rübünü zərərlə başa vurub.

Məsələn, ABŞ-ın "ExxonMobil” enerji şirkəti bu ilin II rübündə 1,690 mlrd ABŞ dolları məbləğində zərərlə üzləşib. Halbuki şirkətin ötən ilin II rübündə 5,480 mlrd dollarlıq xalis mənfəəti olmuşdu. Bu ilin II rübündə ABŞ şirkətinin EBİTDA göstəricisi 44% azalaraq 8,403 mlrd dollar təşkil edib.

ABŞ-ın digər nəhəng enerji şirkəti "Chevron”da II rübü zərərlə başa vurub. Şirkət ötən ilin II rübündəki 6,954 mlrd dollarlıq mənfəətə qarşı bu ilin II rübündə 4,671 mlrd dollar zərərlə üzləşib. "Chveron”un EBİTDA göstəricisi 64% azalaraq 5,518 mlrd dollar olub.

Fransanın "Total” şirkətinin isə ilin II rübündə zərəri 8,335 mlrd dollar təşkil edib. Ötən ilin II rübündə şirkət 5,867 mlrd dollar mənfəət əldə etmişdi. Bu ilin II rübündə "Total”ın EBİTDA göstəricisi 44% azalaraq, 8,818 mlrd dollar olub.

Bu ilin II rübündə Norveçin "Equinor” şirkəti isə ötən ilin müvafiq dövründəki 3,186 mlrd dollarlıq mənfəətə qarşı 962 mln dollar zərərlə üzləşib. Şirkətin EBİTDA göstəricisi 40% azalaraq 6,968 mlrd dollar təşkil edib.

Bu ilin II rübünü "Shell” şirkəti isə 18,155 mlrd dollarlıq zərərlə başa vurub. Ötən ilin II rübündə isə şirkət8,999mlrd dollar mənfəət əldə etmişdi. Bu ilin II rübündə şirkətin EBİTDA göstəricisi 48% azalaraq 13,769 mlrd dollar təşkile edib.

BP şirkətinin isə II rübündə zərəri 18,285 mlrd dollar (replacement cost əsasında) olub. Ötən ilin II rübündə isə BP 3,870 mlrd dollar mənfəət əldə etmişdi.


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...