Beynəlxalq Assosiasiya BNA haqqında məqalə dərc edib - FOTO
12:58 / 02.05.2020
2405
"Bakıda Hərəkətin Təminatçıları ön cəbhədə" başlığı ilə məqalə dərc edilib
İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (UITP) rəsmi saytında Bakı Nəqliyyat Agentliyi (BNA) haqqında "Bakıda Hərəkətin Təminatçıları ön cəbhədə" başlığı ilə məqalə dərc edilib.
Avtosfer.az saytı UITP-yə istinadən xəbər verir ki, məqalədə koronavirus pandemiyası dövründə dövlətin atdığı qabaqlayıcı addımlar, BNA-nın ictimai nəqliyyatın fasiləsiz hərəkətinin və sərnişinlərin təhlükəsizliyinin qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Məqalə UITP-nin sosial media hesablarından da paylaşılıb.