Bəxtiyar Vahabzadənin oğlu təkzib etdi: \"Müxalifətə keçməmişəm...\"

Bəxtiyar Vahabzadənin oğlu təkzib etdi: \
 

"Mən 17 il Kommunist partiyasının üzvü olmuşam, ondan sonra isə heç bir partiyaya üz olmamışam – nə müxalifət, nə də iqtidar. Mənim hər bir Azərbaycan vətəndaşına hörmətim var”.

Bunu Bizimyol.info saytına açıqlamasında sabiq səfir İsfəndiyar Vahabzadə deyib. Mediada sabiq səfirin Qarabağ Komitəsinin iclasında iştirak edəcəyi barədə yayılan məlumatlar onun müxalifətə keçməsi kimi qiymətləndirilərək dərc edilib.

İ.Vahabzadə isə bildirir ki, yazılanlar tamamilə əsassızdır: "Məni 100 yerə çağırırlar, baxıram ki, hansına gedim, hansına getməyim. 100-dən birinə də gedirəm, ya getmirəm. Mən hardasa alim kimi, professor, elmlər doktoru kimi danışa bilərəm. Amma heç vaxt müxalifətə keçməmişəm, elə fikrim yoxdur. Bu barədə yazılanlar doğru deyil”.

Qeyd edək ki, İ.Vahabzadə mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.


OXŞAR XƏBƏRLƏR