No Image
No Image

Bərdə-Ağdam dəmir yolu xəttinin qurulmasına başlanıldı

Bərdə-Ağdam dəmir yolu xəttinin qurulmasına başlanıldı
Ermənistanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi, dəmir yolu infrastrukturuna da ziyan dəyib. Mövcud dəmir yolu xətləri dağıdılmış, yollar, stansiyalar, ərazidəki hərəkət vasitələri (vaqonlar, lokomotivlər) və digər qurğu və avadanlıqlar tamamilə məhv edilib. Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmir yolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.
 
Sfera.az bildirir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər.
 
Məlumatda deyilir ki, bu xətlər Horadiz-Ordubad sahəsində 144 km-dir. O cümlədən 43 km dəmir yolu xətti Ermənistanın Mehri rayonu ərazisindən (Zəngəzurdan) keçir. Yevlax-Xankəndi sahəsində 51 km, Mincivan-Qafan sahəsində 39,1 km, Qazax-Barxudarlı sahəsində 6,3 km təşkil edir.
 
"Həmin ərazilərdə 23 stansiyamız qalmışdı, o cümlədən 5 stansiya Mehri rayonu ərazisindədir. Bundan əlavə, 85,5 km yan yollar işğalda ikən dağıdılıb. Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz işğala son qoydu. Digər qurumlar kimi "Azərbaycan Dəmir Yolları”nın müvafiq strukturları mənfur düşmənin dəmir yollarına vurduğu ziyanı hesablayır. Dəmir yollarının yuxarıda qeyd etdiyimiz sahələrinin bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır.
 
O cümlədən ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bərdə-Köçərli sahəsi hazırda işləyir. Digər aidiyyatı qurumlar ərazidəki zəruri işləri tamamlandıqdan, xüsusilə həmin ərazi minalardan təmizləndikdən sonra əsaslı infrastruktur layihələrinə başlanılacaq", - deyə açıqlamada qeyd olunub.
 

 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabah marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək

20 yanvar faciəsinin 31-ci ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsə...

Şəhidlərin yeni siyahısı - MN açıqladı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düş...

Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı

Son zamanlarda Azərbaycanda narın pərakəndə satış qiymətində nəzərəçarpacaq artım müşahidə edilməkdədir. Koronavirus pandemiyası dövründə həkimlərin nardan çox ...

Nazirlik Zəfər muzeyi ilə bağlı əhaliyə müraciət etdi

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun qazandığı şanlı Qələbə hər birimizin yad...

“Atəşkəs davamlı olarsa..." - Çavuşoğludan Ermənistana ismarıc

"Dağlıq Qarabağda atəşkəs əldə edilib. Bu, önəmli fürsətdir”.   Sfera.az bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həm...

Bakıda peyvəndlənmə prosesi belə aparılır - FOTOLAR

Bu gün Azərbaycanda koronavirus infeksiyasına qarşı "Sinovak" vaksininin vurulmasına start verilib. Sfera.az-ın məlumatına görə, ilkin olaraq ölkədə tibb ...