Bələdiyyələr büdcə gəlirlərini artırmaqda niyə çətinlik çəkir? - ŞƏRH

Bələdiyyələr büdcə gəlirlərini artırmaqda niyə çətinlik çəkir? - ŞƏRH

Azərbaycanda fəaliyyət göstərən bələdiyyələr büdcə gəlirlərini artırmaqda çətinlik çəkir. Son illərdə bələdiyyə büdcələrində artım olsa da, qeydə alınan nəticələr o qədər də yüksək deyil.


2019-cu ilə aid olan yeni məlumata əsasən, bələdiyyələrin gəliri 1,1 faiz artaraq 36,381 milyon manata çatıb. 2018-ci illə müqayisədə bələdiyyələrin gəlirində 400 min manata yaxın artım baş verib.

 

Sfera.az xatırladır ki, yerli özünüidarəetmə orqanlarının büdcəsinin gəlirlərinə fiziki şəxslərdən torpaq vergisi, fiziki şəxslərdən əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi, bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş, kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli ödənişlər aiddir. Bunlardan başqa Azərbaycanın dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar, bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotoreyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər, fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları, dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti, yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar da bələdiyyə gəlirləri ola bilər.

 

Azərbaycanda 1606 bələdiyyə var. Onların gəlirinin əsas hissəsini vergi olmayan gəlirlər təşkil edir. Bu mənbələr üzrə 21,368 milyon manat daxil olub. Yığılan vəsait ümumi gəlirin 58,7 faizini formalaşdırıb. Vergi olmayan gəlirlər üzrə daha çox vəsait bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən və icarəyə verilməsindən daxil olub. 2019-cu ildə bu istiqamət üzrə gəlirlər 3,3 faiz azalaraq 13,1 milyon manat təşkil edib. O cümlədən bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən 8,4 milyon manat, bələdiyyə əmlakının və torpağın icarəyə verilməsindən 4,7 milyon manat gəlir əldə edilib.


Azərbaycan dövlət büdcəsindən ayrılan dotasiya da vergi olmayan gəlirlərə aiddir. Bu mənbə üzrə gəlirlər 5,68 milyon manat olmaqla bir ildə 9,7 faiz artıb.

Bələdiyyələrin sanatoriya-kurort, mehmanxana və turizm xidmətlərinə görə gəlirlərində də ciddi artım var. Ötən il bələdiyyələr bu istiqamət üzrə gəlirlərini 7,5 faiz artıraraq 1,957 milyon manata çatdırıb.

 

Bələdiyyələr vergilərdən 14 milyon manat qazanc əldə ediblər. Bunun 7,6 milyon manatı əmlak vergisi, 5,294 milyon manatı torpaq vergisi üzrə gəlirlər təşkil edib. Əmlak və torpaq vergisi üzrə gəlirlərdə 3-7 faiz azalma baş verib.

 

 

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi üzrə isə kəskin artım qeydə alınıb. Bu vergi növündə 2,6 dəfə artım baş verib və toplanan vergi məbləği 1,2 milyon manata çatıb.

 

 

Regionlar üzrə götürdükdə ən yüksək gəliri Bakı bələdiyyələri qazanıb. Bakıda bələdiyyələrin ümumi gəliri 9,8 milyon manat olub. Abşeron bələdiyyələri 1,746 milyon manat, Şəki bələdiyyələri 1,49 milyon manar, Sumqayıt bələdiyyələri 1,4 milyon manat, Quba bələdiyyələri 1,3 milyon manat gəlir əldə edib.

Bələdiyyə xərcləri də gəlirlərə uyğun dəyişib. Qeyd edək ki, yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloci proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.

 

 

Xərclərin daha çox hissəsi bələdiyyələrin saxlanılmasına gedir. 2019-cu ildə 36,4 milyon manat olan cəmi xərclərin 22,3 milyon manatı (61,3 faiz) yerli idarəetmə orqanlarının saxlanılmasına sərf edilib. Mənzil-kommunal təsərrüfatına 6,3 milyon manat, sosial müdafiə və sosial təminata 1,3 milyon manat xərclənib.

 

Göründüyü kimi bələdiyyələrin gəliri olduqca azdır və gəlirin 60 faizi bələdiyyə orqanlarının saxlanılmasına sərd edilir. Bunun səbəbi son illərdə bələdiyyələrin gəlirinin artmaq imkanlarının məhdud olmasıdır. Məsələn, 2009-cu ildən bəri ilk dəfə olaraq 2015-ci ildə bələdiyyələrin gəlirlərində azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, 2015-ci ildə 1607 bələdiyyənin cəmi gəliri 30,804 milyon manat olub. 2015-ci ildə bələdiyyələrin gəliri 2014-cü ilə nisbətən 37,2 faiz azalıb. 2014-cü ildə bələdiyyələrin cəmi gəliri 49,05 milyon manat idi.

 

Məlumat üçün bildirək ki, bələdiyyələr ən yüksək illik gəliri 2007-ci ildə qazanıb. Həmin ildə bələdiyyələrin cəmi gəliri 50 milyon manat olub. 2008-ci ildə bir qədər azalaraq 43 milyon manata, 2009-cu ildəsə kəskin azalaraq 26,7 milyon manata enib. 2009-cu ildə bələdiyyə gəlirlərinin kəskin azalması daşınmaz əmlak satışına qoyulan qadağa ilə bağlıdır. Qadağa ilə əlaqədar bələdiyyələrin birtərəfli qaydada torpaq satması dayandırıldı və bələdiyyət torpaqları yalnız hərraclar yolu ilə satıldı.

 

Buna baxmayaraq 2010-cu ildən bələdiyyə gəlirlərində artım başladı. 2010-cu ildə yerli özünüidarəetmə orqanlarının gəliri 28,87 milyon manat, 2011-ci ildə 34,1 milyon manat, 2012-ci ildə 35,8 milyon manat, 2013-cü ildə 47,2 milyon manat, 2014-cü ildə 49,05 milyon manat oldu.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...