Belarusda müxalifətin iki üzvü polis tərəfindən saxlanılıb

Belarusda müxalifətin iki üzvü polis tərəfindən saxlanılıb
 

Belarusda müxalifətin yaratdığı Koordinasiya Şurasının idarə heyətinin üzvlərini polis saxlayıb. 

Sfera.az xəbər verir ki, faktı Koordinasiya Şurasının mətbuat xidməti təsdiqləyib. 
Bildirilib ki, Sergey Dilevski və Olqa Kovalkova polis tərəfindən saxlanılıb. 
Koordinasiya Şurasının nümayəndələrinin çevik polis alayının əməkdaşları tərəfindən tutulmasını əks etdirən görüntülər "Belsat" telekanalı tərəfindən yayımlanıb. (apa)

OXŞAR XƏBƏRLƏR