No Image

Belarus müxalifətinin lideri Litvaya qaçdı və xalqa müraciət etdi

Belarus müxalifətinin lideri Litvaya qaçdı və xalqa müraciət etdi

Belarusu tərk edən və Litvaya qaçan müxalifət lideri, prezidentliyə namizəd Svetlana Tixanovskaya YouTube üzərindən xalqa müraciət edib.

Virtualaz.org xəbər verir ki, ölkəni tərk etmək barədə qərarı "tamamilə müstəqil şəkildə” verib.

" Düşünürdüm ki, seçkiqabağı kampaniya məni çox güclü şəkildə bərkidib və o qədər qüvvə verib ki, hər şeyə tab gətirə biləcəm. Lakin görünür mən elə əvvəlki zəif qadın olaraq qalmışam”,-Tixanovskaya bildirib.

O deyib ki, ölkəni tərk etmək barədə çox ağır qərarı təkbaşına verib. Və Tixanovskaya etiraf edib ki, səsvermə ərəfəsində ona tələ qurublar. "Uşaqlar bizim həyatımızda ən mühüm varlıqlardır. İndi Belarusda baş verənlər heç bir insan həyatına dəyməz”,-o deyib.

Qeyd edək ki, Tixanovskayanı Belarusdan Litvaya hakimiyyət çıxarıb. Onun ölkəni tərk etməsi müxalifət namizədinin seçki qərargahının rəhbəri Mariya Morozu həbsdən buraxmağa imkan verib. Namizədin səlahiyyətli nümayəndəsi Olqa Kovalkova bildirib ki, komandanın bir hissəsi hələ də girovluqdadır. "Vacib olanı budur ki, o azadlıqdadır və sağdır”,-Kovalkova bildirib.

OXŞAR XƏBƏRLƏR

Şəki bazarı 3 günlük bağlanır - VİDEO

 Kütləvi yoluxmadan sonra bazarda dezinfeksiya işləri aparılacaq "Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-1...

Əli Həsənova məxsus bina BOŞALDILIR

 Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır. Yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq. Ə...

Prezidentin təltif etdiyi Fərhad Əhmədov kimdir? – Uğurlu həyat hekayəsi ilə tanışlıq

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov "Dostluq” ordeni ilə t...

“Haber Global” Bakının işğaldan azad olunması ilə bağlı süjet hazırladı — VİDEO

Bu gün Türkiyə-Azərbaycan qardaşlığının bir daha bütün dünyaya sərgiləndiyi, iki qardaş xalqın çiyin-çiyinə vuruşaraq qələbə qazandığı gündür. Bu sözlər "Ha...

REAL-dan Əli Həsənova: Bir gün hər kəs öz qazdığı quyuya düşəcək

"Əli Həsənov uzun illərdir rəzil günə qoyduğu, dizayn etdiyi, təlimatlandırdığı medianı "yalan makinası" adlandırlb. Bir gün hər kəs öz qazdığı quyuya, qurdu...

Azərbaycanda şirkət rəhbəri həbs edildi

Türkiyə Respublikası vətəndaşının müraciəti əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində "Güllübulaq”...