Bəhram Bağırzadənin səhhəti barədə SON XƏBƏRDOSTU DANIŞDI

Bəhram Bağırzadənin səhhəti barədə SON XƏBƏR — DOSTU DANIŞDI
 Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadənin hazırda Mərkəzi Gömrük Hospitalında müalicəsi davam edir.
 

Məsələ ilə bağlı "Ölkə.Az”ın əməkdaşı Bəhram Bağırzadənin dostu, jurnalist Sənan Şəfizadə ilə əlaqə saxlayıb. O,  Əməkdar artistin son vəziyyəti barədə məlumat verib.

"Son məlumat kimi onu deyə bilərəm ki, EKMO aparatına qoşulandan sonra onun vəziyyəti cüzi stabilləşib. Bəhramın sağalması üçün həkimlər əllərindən gələn koməyi əsirgəmirlər, mütəmadi xaricdəki həmkarlarıyla lazımi məsləhətləşmə aparırlar. Dövlət Bəhram Bağırzadənin durumunu öz nəzarətinə götürüb. Bəhramı hamı çox istəyir, ona görə onun tezliklə ayağa qalxması üçün dua edirik”,- deyə o, qeyd edib.

Əməkdaşımızın "Yaxınlarının onu görməsi üçün yanına buraxırlar, yoxsa həkimlər buna icazə vermir?” sualına S. Şəfizadə belə cavab verib.

"Bu barədə heç bir məlumatım yoxdur. Biz ancaq həkim və tibbi personalla telefon əlaqəsi yaradırıq”.

Daha sonra o, sonuncu dəfə Bəhram Bağırzadə ilə şənbə günü ünsiyyətdə olduğunu deyib.

"Ötən həftə Bəhramla telefonda danışanda özünü yaxşı hiss etdiyini, narahatlığa heç bir səbəbin olmadığını bildirdi. Mən də ona inandım. Sonradan vəziyyətinin ciddi olduğu məlum oldu. Demək olar ki, onunla hər gün danışırdıq. Şənbə günü mənə bir müddət telefona cavab verə bilməyəcəyini söylədi. Daha sonra isə vəziyyətinin ağırlaşdığını və Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini öyrəndim”. 

Sənan Şəfizadə Bəhram Bağırzadəni xəstəliyi ilə özünü reklam etməkdə günahlandıranlara da ismarıc yollayıb.

"Bəziləri elə bilir Bəhram bununla özünü reklam edir, insan özünü sağlamlığı ilə necə reklam edə bilər? Bu cür sözləri yayanlara demək istəyirəm ki, onun heç bir reklama ehtiyacı yoxdu”.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb. Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

Xatırladaq ki, Əməkdar artistinin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.


OXŞAR XƏBƏRLƏR

İcra Hakimiyyətinin şöbə müdiri belə həbs edildi - FOTO

  Xəbər verdiyimiz kimi, Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyev həbs edilib. Baş Prokurorluğun ...

"Paltar geyinməsin, elə bu vəziyyətdə apar" deyən icra başçısının oğlu imiş — FOTO

  İçəri daxil olub "Paltar geyinməsin, elə bu vəziyyətdə apar" deyən polis kapitanı Şəhriyar Hüseynovdur. O, Ağcəbədinin icra başçısı Rafil Hüseynovun oğl...

Dəhşətli qəzada ölən hərbçi görün kim imiş? - FOTO

  Ötən gün Sumqayıtda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində həlak olan hərbçilərdən biri şəhid övladı imiş. Sfera.az  ox...

Efirdə söyüş söyən Afaq Bəşirqızını BİABIR ETDİLƏR: "Xalqdan üzr istə"

 Xəbər verdiyimiz kimi, ötən gün "Elgiz izlə" proqramında xalq artisti Afaq Bəşirqızı söyüş söyüb. Sfera.az  big.az-a istinadən xəbər verir ...

İntihara cəhd edən feminist qızın xəstəxana görüntüləri - FOTO

  8 mart tarixində "8 Marş” aksiyasında qalmaqallı plakat qaldıran Aysel Ələkbərzadə intihara cəhd edib. Sfera.az özünə qəsd edən A. Ələkbərzadənin MRT m...

Ələkbər Yasamallı bacısı oğlunun intiharından yazdı: "Kaş ki şəhid olardın" - FOTO

  "Əsgər gəlməyini həsrətlə gözləyirdim ki, mənə qardaş olasan. Bilsəydim ki, bu gün faciəvi şəkildə öləcəksən sən əsgərlikdə olanda sənə şəhid olmaq arzu...