No Image
No Image

Bayramov Əfqanıstanın yeni səfirini qəbul etdi

Bayramov Əfqanıstanın yeni səfirini qəbul etdi
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Amanullah Ceyhunun etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Azərbaycana səfir təyin olunması münasibətilə A.Ceyhunu təbrik edən C.Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edib.

Uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsziliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əfqanıstanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyi, xüsusilə də son hərbi əməliyyatlar zamanı bu dəstəyin açıq şəkildə nümayiş etdirildiyi minnətdarlıqla vurğulanıb. Nazir ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

A.Ceyhun Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş Qələbə münasibətilə xarici işlər nazirini və Azərbaycan xalqını təbrik edib. Əfqanıstanın hər zaman Azərbaycanın haqlı mövqeyinin yanında olduğu və bu dəstəyi bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb. Səfir Əfqanıstanın Azərbaycanla münasibətlərə dəyər verdiyini söyləyib və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov Əfqanıstan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İran XİN başçısının Azərbaycana səfərinin tarixi AÇIQLANDI

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq. Sfera.az xəbər verir ki, bu barədə  İranın Azərbaycand...

Prezident: "Əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar"

"Artıq qeyd etdik ki, bu gün bizim münasibətlərimizdə tarixi gündür. Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərə...

“Türkdilli dövlətlər arasında əməkdaşlığa töhfədir” – Aşqabadla Bakı yaxınlaşması nə vəd edir?

"Aşqabadla Bakı arasında münasibətlərin inkişafında yeni, daha geniş imkanlar pəncərəsi açıldı”. Bu sözləri Sfera.az-a açıqlamasında Aşqabadda Azərbaycanl...

“Çox mühüm, gələcək vəd edən layihəyə başlayırıq" - Türkmənistan Prezidenti Xəzərdəki “Dostluq” yatağından danışdı

"Azərbaycan ilə Türkmənistan hökumətləri arasında Xəzərdəki "Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlədilməsi və istismarına dair A...

Prezident Türkmənistanla imzalanan sənədin tarixi əhəmiyyətindən DANIŞDI

"Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır. Bu da ölkələrimizi, xalqlar...

Türkiyədə üzərinə “Qarabağ Azərbaycandır” yazılmış pul buraxıldı

Türkiyədə üzərinə "Qarabağ Azərbaycandır” yazılmış xatirə sikkəsi tədavülə buraxılıb. Sfera.az xəbər verir ki, gümüş pulun bir üzündə Azərbaycanın Zəfər r...