Bayram Nurlu zəhərlənərək ölən bacısı oğluna görə həkimi günahlandırdı: \"Bu məsələni belə qoymayacam\"

Bayram Nurlu zəhərlənərək ölən bacısı oğluna görə həkimi günahlandırdı: \
"Necə oldu getdin? Dayının əli-qolu bağlandı. Bəzən qismət deyirik, bəzən də həkim səhlənkarlığı”.
 
Sfera.az bildirir ki, bunu ektrasens Bayram Nurlu ötən gün zəhərlənərək ölən bacısı oğlundan danışarkən deyib. 

"Uşaqlar narahat olandan sonra aparıblar Qaxa, Günay adlı həkim nəsə edib, 3-4 saat sonra "hər şey əladı” deyərək evə göndərib. Amma uşaqlar yenə özlərini pis hiss ediblər, həkimə zəng edəndə deyiblər ki, olan şeydi, uşaqları gətirin qlizma edib, mədəsini yuyaq aparın.  Göbələkdən uşaq zəhərlənsin, sən göndər evə səhərə qədər yatsın, iş işdən keçsin. Görəndə ki, uşağın vəziyyəti daha da ağırdı Bakıya gətiriblər.  Amma zəhər qana keçmişdi artıq, deyiblər ki, gec gətirmisiniz, bütün bədənə yayılıb.  Həkim indiyə qədər saxlayıb, ilkin tədbir görüb Bakıya göndərməli idi. İndi bu həkim vicdan əzabı çəkmir? 2 körpəni, analarını, bacıları, qohumlarını gözü yaşlı qoydu”, - deyə B. Nurlu əlavə edib.

B.Nurlu, həmçinin Səhiyyə nazirliyinin sözügedən həkimlə bağlı ciddi tədbir görməsini istəyib:

"Yenə də deyirəm, o uşaqlar vaxtında çatsaydı, onda nəsə olsaydı, susardım. Amma deyirlər ki, 2 günə zəhər qana keçib. Həkim çıxıb xəbərlərdə deyir ki, ilkin müayinə göstərib Bakıya göndərdik. De ki, 2 gün sonra! İndi qorxusundan zəngləri açmır. İndi özümdə deyiləm, amma bu məsələni belə qoymayacam”.
Xatırladaq ki, Qaxda 9 yaşlı İbrahimxəlil Qasımzadə və onun əmisi oğlu 12 yaşlı Murad Qasımlı göbələkdən zəhərlənərək vəfat edib. İbrahimxəlil Qasımzadə ektrasens Bayram Nurlunun bacısı oğlu olub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...