Baydendən Ramazan təbriki: Nur surəsindən paylaşım etdi

Baydendən Ramazan təbriki: Nur surəsindən paylaşım etdi
ABŞ prezidenti Con Bayden Ramazan ayının başlanması ilə bağlı yazılı açıqlama yayıb.
 
Sfera.az xəbər verir ki, Bayden bütün dünyadakı müsəlmanların hüquqlarını qorumağa davam edəcəyini bildirib. "Müsəlmanlar hələ də nifrətin, qərəzin, təəssübkeşliyin hədəfi olurlar. Bunlar qəbuledilməzdir və dayandırmaq lazımdır”, - deyən Ağ Ev sahibinin həmçinin Qurani-Kərim kitabından da paylaşımı olub. Belə ki, prezident Nur surəsindən 35-ci ayəni ( "Allah göylərin və yerin nurudur”) paylaşıb. 

O həmçinin prezidentlik fəaliyyətinə başladığı ilk gün bəzi müsəlman ölkələrinə tətbiq edilən səyahət qadağalarını aradan qaldırdığını da xatırladıb. Bayden son olaraq deyib ki, bu il Ramazan bayramı pandemiya ilə əlaqədar Ağ Evdə onlayn formada qeyd ediləcək.

Ölkə başçısı həyat yoldaşı Cil və öz adından müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...