Bayden peyvəndlənməyənlərə qəzəbləndi: “Səbrimiz tükənmək üzrədir...”
12:06 / 10.09.2021
762
ABŞ Prezidenti Co Bayden qismən tətbiq olunmuş peyvəndlənmə məcburiyyətini artıq bütün federal hökumət və tibbi işçiləri üçün genişləndirib.
Sfera.az xəbər verir ki, Co Bayden Ağ Evdəki mətbuat konfransında COVID-19-la mübarizədə atacaqları yeni addımları açıqlayıb.
O, epidemiyanın yayılmasının qarşısını almaq üçün peyvənd kimi güclü bir vasitəyə sahib olduqlarını vurğulayaraq, "80 milyon insanın hələ də peyvənd edilməməsini görmək bizi məyus edir", - deyə bildirib.
C. Bayden hələ peyvənd edilməyənlərə də müraciət edərək, "Peyvəndlənmək üçün nəyi gözləyirsiniz? Səbr edirik, amma səbrimiz tükənmək üzrədir. İndi doğru olanı edin və peyvənd olunun!”, - deyib.
Ölkənin delta variantına görə çətin günlər yaşadığını bildirən C. Bayden hazırkı vəziyyəti "peyvəndlənməyənlərin pandemiyası” adlandırıb.
Qeyd edək ki, ABŞ-da özəl sektorda 100-dən çox işçi heyəti olan iş yerlərinə də peyvəndlənmə və ya həftədə bir dəfə COVID-19-dan test vermək məcburiyyəti tətbiq olunub.
Əzizə Zeynal
Sfera.az