Baş Prokurorluqdan sabiq deputatın ağacları kəsməsi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan sabiq deputatın ağacları kəsməsi ilə bağlı AÇIQLAMA
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilmiş, zəruri şəxslərin izahatları alınmış və xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv və şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.

Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Xatırladaq ki, Nəriman Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Abşeronda dayı bacısı oğlunu güllələdi

Beyləqan sakini bacısı oğlunu güllələyib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, A...

Ötən gün toylara görə 2 nəfər cərimələndi, 21 nəfər şənliyə buraxılmadı

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 21 nəfər şənliyə buraxılmayıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat...

Bakıda orta məktəbdən oğurluq edildi

Bakıda orta məktəbdən oğurluq edilib. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Yasamal Rayon Polis ...

Ukraynada həbs olunan “siyasi mühacir“in məhkəməsi başlayır: 90 nəfəri aldadıb

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sfera.az xəbər verir ki, tə...

Azərbaycanda söyüşlü rəy yazanlar cəzalandırılacaq - VİDEO

Bəzi şəxslər sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yollayırlar. Yəni, virtual aləmin sərhədsiz imkanlarından neqativ yöndə isti...

Bakıda qanunsuz parklanmaya görə daha 175 şəxs cərimələndi - FOTOLAR + VİDEO

Sabunçu və Binəqədi rayonlarında qanunsuz parklanma ilə əlaqədar bu gün keçirilən reydlər zamanı 175 nəfər cərimələnib. Bu barədə Sfera.az-a Daxili İşlər ...