No Image
No Image

Baş Prokurorluqdan 5 nəfərin ölümü ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan 5 nəfərin ölümü ilə bağlı AÇIQLAMA
Baş Prokurorluq Bakıda bir evdən 5 nəfərin meyitinin tapılması ilə bağlı açıqlama yayıb.

Qurumdan Sfera.az-a verilən məlumata görə, fevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyiti aşkar olunub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib̧, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Bakı” kafesində atışma: azərbaycanlı öldürüldü - VİDEO

Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində yerləşən "Bakı” kafesində atışma baş verib. Sfera.az xəbər verir ki, atışma nəticəsində 39 yaşlı azə...

Moskvada azərbaycanlıların restoranına hücum edən 7 erməniyə HÖKM OXUNDU

Moskvanın Nikulinski Məhkəməsi 2020-ci ilin iyulunda "1001 gecə” adlı Azərbaycan restoranına edilən hücumda iştirak edən 7 Ermənistan vətəndaşı barəsində hökm ç...

Həbs edilən qazi azadlığa buraxıldı

"Bəzi kütləvi informasiya vasitələrində Vətən müharibəsi iştirakçısı Ziya Kazımovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi barədə düzg...

Baş Prokurorluqdan 5 nəfərin ölümü ilə bağlı AÇIQLAMA

Baş Prokurorluq Bakıda bir evdən 5 nəfərin meyitinin tapılması ilə bağlı açıqlama yayıb. Qurumdan Sfera.az-a verilən məlumata görə, fevralın 23-də saat 14...

Ruhi xəstəni zəncirləyən market sahibi həbs edildi - VİDEOSU yayıldı

Mağazadan icazəsiz su içən şəxsi zəncirləyən market sahibi Rahib Lətifov həbs edilib. Sfera.az xəbər verir ki, paytaxtın Sabunçu rayonunda yaşayan ruhi-əs...

Məmmədov və Qaralova qarşı KORRUPSİYA İTTİHAMLARI - Həbs ediləcəklər?

Hüquqşünas: "Yol tikintilərindəki korrupsiyanı aşkarlamaq çox asandır, Zakir Qaralovun ”Akkord"a bağlılığını sübut etmək isə"... Sabiq əmək və əhalinin so...