Baş Prokurordan xəbərdarlıq: “Əsassız şayiələr yayılır...”

Baş Prokurordan xəbərdarlıq: “Əsassız şayiələr yayılır...”
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına öz adımdan və Baş Prokurorluğun kollektivi adından başsağlığı verirəm, xəsarət alanlara şəfa diləyirəm.

Sfera.az xəbər verir ki, bu fikri Kiyevdə səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
 
Kamran Əliyev bildirib ki, bu faktla bağlı artıq cinayət işi başlanıb. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı əsasında cinayət işi tam və hərtərəfli araşdırılacaq, bu hadisənin bütün səbəb və şəraiti istintaq zamanı öyrəniləcək. İstintaqın gedişi barədə Azərbaycan ictimaiyyəti ətraflı və mütəmadi məlumatlandırılacaq.
 
Baş prokuror təəssüf hissi ilə qeyd edib ki, bəzi şəxslər tərəfindən bu hadisədən siyasi məqsədləri üçün sui-istifadə hallarına cəhdlər göstərilir, heç bir fakta söykənməyən əsassız şayiələr yayılır.

"Bununla bağlı bildirirəm ki, bu kimi şəxslər barədə Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ən sərt tədbirlərin görülməsi təmin ediləcək. Bu faciədən siyasi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir”, - deyə Baş prokuror Kamran Əliyev əlavə edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ramiz Mehdiyevdən alimə təhdid - Bir də adını çəksə...

"Ramiz Mehdiyev "İdris Abbasovu susdurun!” əmrini verib”. Sfera.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bu fikirlər AMEA Nəsimi adına D...

Sabiq deputatın mülklərinin SİYAHISI YAYILDI

Bir neçə gün əvvəl Nəriman Əliyevin Qarabağ qazisi də daxil olmaqla 64 nəfərin maaşını verməkdən boyun qaçırması barədə məlumat yaymışdıq. Məlumat şikayət...

Prezidentlə xanımı açılışa qatıldı - YENİLƏNİB

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin yanvarın 27-də açılışı olub. ...

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötdü

Azərbaycanda koronavirusa sutkalıq yoluxma 3 mini ötüb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, ölkədə koronaviru...

Prezidentlə Fatma Səttarovanın səmimi söhbəti - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün İkinci Dünya müharibəsinin iştirakçısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri F...

Əli Həsənovun oğlu ABŞ-da nə işlə məşğuldur? – SON MƏLUMAT

Ölkə mətbuatında mütəmadi olaraq PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlinin ölkəni tərk etməsi barədə informasiyalar dərc olunur. Adı ...