Baş nazirdən sürücülük vəsiqələri haqda qərar

Baş nazirdən sürücülük vəsiqələri haqda qərar

Baş Nazir Əli Əsədov "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 2 aprel tarixli 145 nömrəli Qərarında dəyişiklik edib.

Sfera.az xəbər verir ki, qərara aşağıdakı dəyişikliklər edilib:

- Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Sürücülük vəsiqəsinin Təsviri” üzrə:

1. 1.2.1-ci yarımbənddə "(OVİ – opticaly variable ink)” sözləri "(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin;

2. 1.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"1.4. Vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.”.

3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Sürücülük vəsiqəsinin Spesifikasiyası” üzrə:

- 1.1.1-ci yarımbəndə "İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” sözlərindən sonra ", "İSO/İEC 14443 Kimlik kartları - Təmassız inteqrasiya dövrə kartları - Yaxınlaşdırma kartları” və "İSO 18013 Sürücülük Vəsiqəsi” sözləri əlavə edilsin;

- 1.1.3-cü yarımbənddə "yazılmasını və oxunmasını” sözləri "mübadiləsini” sözü ilə əvəz edilsin və həmin yarımbəndin ikinci cümləsi ¬çıxarılsın;

- 1.1.4-cü yarımbənd ləğv edilsin;

- 1.1.6-cı yarımbəndə "həddində” sözündən sonra ", informasiya sistemi "Ümumi Kriteriyalar” (Common Criteria) tələbləri üzrə ən azı EAL4+ təhlükəsizlik səviyyəsini” sözləri əlavə edilsin;

- 1.1.10-cu yarımbənddə "(OVİ - opticaly variable ink)” sözləri "(OVİ - optically variable ink)” sözləri ilə əvəz edilsin. (yeni sabah)

OXŞAR XƏBƏRLƏR

Nizaməddin Quliyevin daha bir müavini saxlanıldı - ƏMƏLİYYAT

Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini saxlanılıb.  Sfera.az xəbər verir ki, humanit...

Bakıda siçanların məskən saldığı məşhur restoranla bağlı araşdırma başladı (RƏSMİ)

Bakıdakı restoranlardan baş verən antisanitar şəraitlə bağlı rəsmi dövlət qurumu hərəkətə keçib. Sfera.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Ag...

Oqtay Gülalıyevin həyat yoldaşı Heydər Əliyev Fonduna təşəkkür edib

Avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Heydər Əliyev Fonduna təşəkkür edib. Sfera.az xəbər...

Həbsdəki müğənni Fədayə Laçından yeni XƏBƏR VAR

"Bakıda məhbusların qaçmasına yardım etdiyi üçün həbs olunmuş müğənni Fədayə Laçının cəza müddəti bu il oktyabrın 30-da bitir və onun azadlığa çıxmasına mane ol...

Məşhur ekstrasensdən Azərbaycanla bağlı QORXUNC PROQNOZ - Vaxtını da dedi - FOTO

Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayev Bakıya gəlib. Sfera.az  xəbər verir ki, milli.az-ın qonağı olan Zirəddin təəccübləndirən p...

Cütlüklər niyə boşanır? – Kişi puluna güvənib aldadır, qadın uşağı göstərməməklə hədələyir

2018-ci il ərzində Azərbaycanda 14857 boşanma qeydə alınıb. Boşananlar arasında 1932 cütlüyün nikahı 20 il və daha çox davam edib. Sfera.az bildirir ki,&n...