Banklar müştərilərin əlindən aldığı avtomobilləri ucuz qiymətə satışa çıxardı
17:54 / 08.02.2016
2119
Azərbaycanda banklar avtomobil kreditini ödəyə bilməyən müştərilərinin maşını satışa çıxarıb.
Sfera.az-ın məlumatına görə, Facebook-da yaradılan "Bank-avtomobilləri" adlı səhifə vasitəsi ilə banklar
müştərilərin əlindən aldığı girovu ucuz qiymətə satmağa çalışır.
Satışa çıxarılan avtomobillər arasında "Hyundai", "Chevrolet", "Jeep" və "Kia" kimi avtomobil modelləri var.
Azərbaycanda manatın dollar qarşısında kəskin ucuzlaşmasından sonra avtomobilini dollar krediti ilə alan
müştərilər kütləvi şəkildə öz dörd təkərli dostundan imtina edirdi. Hətta biz bu barədə bir neçə həftə əvvəl
"Əhali kütləvi şəkildə kreditdə olan avtomobilini banka geri qaytarır" adlı yazımızda da qeyd etmişdik.