Bank of Baku IT infrastrukturunu təkmilləşdirir!

Bank of Baku IT infrastrukturunu təkmilləşdirir!
 

Daim innovativ həlləri ilə müştərilərini rahat xidmət imkanları ilə sevindirən Bank of Baku bu günlərdə IT infrastrukturunun təkmilləşdirilməsi məqsədilə iri həcmdə investisiya ayırıb.

Belə ki, aparılan təkmilləşdirilmə işləri sayəsində bankın bütün əməliyyat sistemi yeni nəsil serverə keçirilmiş, saxlanc və şəbəkə texnologiyaları da müasir texnoloji imkanlar əsasında tamamilə yenilənmişdir.

Tətbiq edilən bu yeniliklər, bankın DostBank mobil tətbiqi, İnternet bankçılıq xidməti və digər rəqəmsal maliyyə xidmətlərindən mütəmadi istifadə edən müştərilərinə əməliyyatlarını indi daha rahat və sürətli şəkildə icra etmələrinə imkan yaradacaq.

"IT infrastruktunun təkmilləşdirilməsinə diqqət ayırmaqla, Bankımız hal-hazırda bütün dünyanı bürüyən COVID-19 pandemiyası dövründə, müştərilərinin evdə qalaraq, xidmət və məhsullarına çıxışını daha da asanlaşdırır, əməliyyatlarını operativ icra etmələrini təmin edir.” deyən Bankın IT sahəsinin direktoru, Anar Abbasov, həmçinin qeyd edib ki, "Bankımız üçün çox önəmli olan bu proses zamanı qısa fasilələrlə də olsa, müştərilərimiz müəyyən texniki çətinliklərlə qarşılaşdı. İstənilən çətinliklə üz-üzə gələn bütün müştərilərimizdən yaranmış bu qısa müddətli narahatçılığı üzrlü hesab etmələrini xahiş edir, anlayışları üçün təşəkkürümüzü bildiririk.”

Son aylarda internet bankçılıq, mobil tətbiq və məsafədən təqdim edilən bir çox rəqəmsal maliyyə xidmətlərinə müştərilər tərəfindən olan böyük maraq və aktiv istifadəni nəzərə alaraq, Bank of Baku bu istiqamətdə yeni xidmət və məhsullarını bazara təqdim etməkdə davam edir, müştərilərinin aktivliyini dəstəkləyən kampaniyalarla onları sevindirir.
Bank of Baku-nun təqdim etdiyi məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzinə zəng edərək, Bankın rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...