Bank of Baku da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək!

Bank of Baku da “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək!
Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə 16-17 may 2019-cu il tarixində "FINTEX SAMMİT - Maliyyə və Texnologiyalar Sammiti: Ödəmə mühitində yeni trendlər: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” adlı tədbir keçiriləcək. Maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsinin keçiriləcəyi sammitdə dövlət qurumları və bir çox maliyyə təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı gözlənilir.
Sammitin keçiriləcəyi həftə - 13–17 may 2019-cu il həftəsi isə Azərbaycanda "Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” elan edilmişdir. Ölkənin İnnovativ Bankı və 25 ildir ki, "Bank Sektorunun Akademiyası” adına sahib olan Bank of Baku da "Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”nə öz töhfəsini verəcək.  Ölkənin maliyyə və bank sektoruna gətirdiyi innovativ həlləri ilə təməl daşları qoyan və günün müasir bankçılıq trendlərini izləyərək yeniliklərə imza atan Bank "Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi”ndə gələcəyin mütəxəssislərinə özəl, silsilə təlimlərə start verəcək.
 
Belə ki, Bank of Baku Bakı Mühəndislik Universitetinin texnoparkında fəaliyyət göstərən, maliyyə və əsasən informasiya texnologiyaları istiqamətində təhsil alan 20 tələbəyə özəl olaraq 14 may 2019-cu il tarixində "BOB Akademiya” təlim mərkəzində "Agile metodologiyasının əsasları” və "İT təhlükəsizlik” mövzusunda seminar təşkil edəcək. Ümumilikdə 2 saat davam edəcək təlimlər, Bank of Baku-nun təcrübəli mütəxəssisləri tərəfindən keçiriləcək. 
Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçiriləcək sammit barədə ətraflı məlumatla bu linkə - //www.gbmevents.az/az/event/fintex-sammiti-maliyye-ve-texnologiyalar-sammiti daxil olaraq,  Bank of Baku-nun xidmət və ya məhsulları barədə isə Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq cavab tapa bilərsiniz.

Daha ətraflı:

145 Məlumat Mərkəzi
www.bankofbaku.com  
www.facebook.com/bankofbaku 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...