Bank BTB güzəştli mənzillərin əldə edilməsi ilə bağlı sürətli kreditləşmə sisteminə keçdi

Bank BTB güzəştli mənzillərin əldə edilməsi ilə bağlı sürətli kreditləşmə  sisteminə keçdi
 

Bildiyiniz kimi, Bank BTB Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin güzəştli şərtlərlə kreditləşməsini həyata keçirir. Həmişə olduğu kimi bank çevik və müasir metodlardan istifadə etməklə güzəştli mənzil əldə etmək istəyən vətəndaşların məmnunluğunu təmin edir.

Qobal pandemiya şəraitini nəzərə alaraq sənədləşmə prosesinin sürətləndirilməsi və vaxt itkisinin qarşısını almaq məqsədilə ilk dəfə Bankın Sənaye filialında Notarius xidməti də fəaliyyət göstərir. Bu, müştəriyə bankın inzibati binasını tərk etmədən həm krediti, həm də mənzilin alqı-satqısını rəsmiləşdirməyə imkan verir.   

Müştərilərin yeni mənzillərinə ən qısa zamanda sahib olması üçün kreditləşmə prosesini sürətləndirmək məqsədilə bankın Sənaye filialı ilə yanaşı, Sahil, 28 May, Promo, Əcəmi, H.Aslanov və Sumqayıt filialları da onlara xidmət göstərir. Gələcəkdə digər filiallarda da notarius xidmətinin fəaliyyət göstərməsi nəzərdə tutlur. Filialların ünvanları ilə buradan tanış ola bilərsiniz: //www.btb.az/az/officees

Agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışına başlanılması ilə əlaqədar olaraq qısa müddət ərzində bu kompleks üzrə 50 mənzilin kreditləşməsi Bank BTB tərəfindən həyata keçirilmişdir. Hazırda digər mənzillərin kreditləşməsi prosesi davam edir.

Qeyd edək ki, güzəştli mənzillərin kreditləşməsi ilə bağlı hər hansı sualınız olarsa, onlayn müraciət kanallarımız olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrimizə və, 055 3000 946 WhatsApp (//wa.me/994553000946) nömrəsinə müraciət edə bilərsiniz. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi həftəiçi 5 gün  xidmətinizdədir. Bütün suallarınız peşəkar əməkdaşlarımız tərəfindən qısa müddət ərzində cavablandırılacaqdır.


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...