Bank “BTB” bayram günü və həftəsonu fəaliyyət göstərəcək
12:10 / 08.11.2019
1815
"Bank BTB” əhalinin bank xidmətlərindən səmərəli və rahat istifadə etməsini təmin etmək məqsədilə 9,10 və 11 noyabr tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək.
Belə ki, bankın "İnşaatçılar”, "Gənclik-1” və "Gənclik-2” şöbələri və "Sahil” filialı əhaliyə depozit qəbulu, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və bu kimi digər xidmətlər göstərəcək.
Bankın xidmət nöqtələri ilə bit.ly/filiallar-btb linkindən tanış olmaq mümkündür.
Bank xidmətləri haqqında (012) 946 nömrəli Məlumat Mərkəzindən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb və www.instagram.com/bankbtb/ ünvanlarında olan Facebook və İnstagram səhifələrindən ətraflı məlumat almaq mümkündür.