Balakən və Zaqatalada çaylar daşıb - FHN əraziyə helikopter göndərdi

Balakən və Zaqatalada çaylar daşıb - FHN əraziyə helikopter göndərdi
23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub.

Sfera.az-ın xəbərinə görə, bu barədə FHN-in yaydığı məlumatda bildirilib. Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub.

Əlavə məlumat veriləcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda müəllim dərs zamanı vəfat etdi

Bakıda müəllim dərs zamanı vəfat edib. Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də IX...

Azərbaycanda polis əməkdaşı yol qəzasında öldü - FOTO

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sfera.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb. Hərək...

Beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO

Dünən səhər saatlarında Bakıda baş verən dəhşətli qəzanın anbaan görüntüləri yayılıb.  sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi görüntülərdə yü...

Gədəbəydə polis əməkdaşı yol qəzasında öldü - FOTO

Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Sfera.az-ın məlumatına görə, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb. Azərbaycandan 15 g...

“Heç kim sabah belə hadisənin təkrarlanmayacağına zəmanət verə bilməz" - Aeroport yolundakı dəhşətli qəzada günahkar kimdir?

"Bu gün baş verən bu qəza bir daha onu göstərdi ki, sərnişindaşıma və yükdaşıma sahəsində qanuni fəaliyyəti bərpa etmək son dərəcədə zəruridir”.   Bunu S...

Azərbaycanda polis əməkdaşı BIÇAQLANDI

Bir neçə gün əvvəl Daşkəsən rayonunun Çıraqlı kəndində 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlunun bıçaqlanması hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb...