Bakının yekun Baş Planı hazırdır

16:52 / 03.08.2021
1787
"Bakının yekun Baş Planı hazırdır, onun üzərində son tamamlama işləri aparılır".
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Onun sözlərinə görə, bu ayın sonunda plan Nazirlər Kabinetinə göndəriləcək.
D. Dövlətxanov sənədin bu vaxta qədər təsdiq edilməməsinə də münasibət bildirib: "Sənəd böyükdür. Ona hər nazirliyin baxaraq fikir bildirməsi vaxt tələb edir”.