Bakının İrəvana “qış hücumu” – Ekspert düşməni yollarda necə zəiflədəcəyimizin detallarını açıqladı

Bakının İrəvana “qış hücumu” – Ekspert düşməni yollarda necə zəiflədəcəyimizin detallarını açıqladı
"Ermənistanın xarici çıxışı üçün iki əsas yolu var. Birincisi, Lars yoludur. Hansı ki, bu həm də Rusiya-Ermənistan tranzit yoludur. İkincisi isə Gorus-Qafan yoludur. Bu da İran-Ermənistan tranzit yoludur. Ermənistanın Rusiya səfirliyindəki gömrük attaşesi Aram Tananyan bildirir ki, bu gündən başlayaraq Lars yolunda növbələr yaranıb”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan Azərbaycan polis postundan sonra bu ölkədə yaşanan nəqliyyat böhranı haqda danışarkın deyib.
 
Onun sözlərinə görə, qış fəslində Lars yolu keçilməz olur və TIR-lar günlərlə yolda qalır:

"Qış fəsli yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşəcək: üzüm, naringi kimi meyvə yüklərinin artacağı gözlənilir. Bu məhsullar tez xarab olduğu üçün ünvana vaxtında çatmaq uğrunda əsl mübarizə başlayacaq. Beləliklə, Ermənistan-Rusiya arasındakı daşımalar tıxanacaq. Lars yoluna alternativ yolun 2023-cü ildən tez başa çatması gözlənilmir.

Ermənistanın İrana çıxışı da faktiki olaraq Azərbaycanın nəzarətindədir. Gorus-Qafan yolunda baş verənlər, postun qurulması, aparılan yoxlamalar İrandan Ermənistana yük daşımasını ən yaxşı halda yubadır. Azərbaycan öz suveren ərazisindən keçən yolu istənilən vaxt bağlamaq haqqına sahibdir”.
 
A.Nərmanlıya görə, Azərbaycanın Gorus-Qafan yolu strategiyasının daha uzaqmənzilli hədəfləri var:

"Avqust ayında yol iki günlük bağlananda strateji hədəfin İrəvanı çətin vəziyyətə salmaq və Bakının tələbləri ilə razılaşmağa məcbur etmək olduğunu yazmışdıq. Rusiya və İrana çıxışı risk altına düşən Ermənistan üçün xilas qərb istiqamətində - Türkiyəyə çıxışın təmin edilməsidir: Ankaradan İrəvana müsbət siqnalların gəlməsi, Paşinyanın "müsbət cavab verəcəyik” açıqlamaları da təsadüfi deyil.

Beləliklə, Ermənistan üçün çətin qış gəlir. Belə qış həm də Xankəndidəki ermənilər üçün hazırlanır.

Ermənistan iqtisadiyyatının çətin vəziyyətə düşməsi Qarabağdakı ermənilər üçün də çətinlik yaradacaq. Rusiya və İrandan yük daşımalarında problemlərin yaranması durumu həlledilməz vəziyyətə salır, Xankəndidə rabitə əlaqəsində, su təminatında, mənzil və iş məsələsində problemlər var; Şuşa stansiyasından verilən elektrik enerjisində problemlər yarana bilər və s.

Bütün bunlar Bakının İrəvana qarşı "məcburetmə əməliyyatının” tərkib hissəsidir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...