Bakının bu rayonlarında ciddi təhlükə var - Vaqif Əsədovdan küləklə bağlı XƏBƏRDARLIQ
10:52 / 05.05.2021
3252
"Hazırda Bakı şəhər dövlət yol polisi əməkdaşlarının xidmət etdiyi ərazi üzrə küləklə əlaqəli ciddi fəsadlar qeydə alınmayıb”.
Bunu Sfera.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O, hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib:
"Bakı şəhəri ərazisində, xüsusilə hündür ərazilərdə, məsələn, Yasamal rayonunda küləyin saatda sürəti normadan artıqdır. Bu da ciddi təhlükə yarada bilər. Belə hava şəraitinə görə, vətəndaşlara bir daha müraciət edirəm ki, diqqətli olsunlar. Xüsusilə ağacların altında, uçma təhlükəsi olan ərazilərdə nəqliyyat vasitəsini saxlamasınlar. Ən yaxşı halda, belə hava şəraitində mümkünsə, şəxsi avtomobillərdən istifadə etməsinlər”.
Günay Rəsulqızı
Sfera.az