Bakının bəzi prospekt və küçələrini su basdı - VİDEO

22:45 / 07.05.2020
5066
Ötən gecədən Bakıda yağan aramsız yağışlar nəticəsində bəzi prospekt və küçələri su basıb.
Sfera.az report-a istinadən xəbər verir ki, güclü yağış şəhərin Azadlıq prospekti və Biləcəri qəsəbəsi ərazisində nəqliyyatın və piyadaların hərəkətində çətinliklər yaradıb.
Biləcəri qəsəbəsinin Xudadat Məlikaslanov küçəsində kanalizasiya daşıb və su bir neçə evin zirzəmisinə dolub.