Bakıdakı feministlərə xəbərdarlıq edildi

Bakıdakı feministlərə xəbərdarlıq edildi

Bakı şəhər Baş Polis İdarəsi feministlərə xəbərdarlıq edib.

 

Bakı şəhər Baş Polis İdarəsindən ONA-ya bildirilib ki, sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini "Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran "8 Marş - Zorakılığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində "8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər.


Qeyd olunub ki, Azərbaycan Respublikasının "Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaqdır.

Qeyd edək ki, "Facebook" və "İnstagram" sosial şəbəkələrində martın 8-də Bakıda "8 MARŞ - Zorakılığa qarşı GET” devizi altında aksiyaya çağırışlar yayılıb. Özlərini feminist kimi təqdim edən Gülnarə Mehdiyeva və Nisə Hacıyeva ivent yaradaraq, qadınları həmin aksiyaya çağırıb.

OXŞAR XƏBƏRLƏR

Nazirdən 190 manatlıq sosial yardımla bağlı VACİB AÇIQLAMA

Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanacaq. ...

“Fairmont Hotel”də karantini pozan və jurnalistləri təhqir edən şəxsin kimliyi bəlli oldu – FOTO/VİDEO

Xüsusi karantin rejimini pozaraq "Fairmont Baku” hotelində istirahət edən, görüntülər yayıldıqdan sonra isə jurnalistləri təhqir edən şəxsin kimliyi müəyyənləşi...

Sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə “işverən” deyən gənc saxlanıldı - FOTO

Bu gün "Fairmont Baku" otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri və videosunu paylaşan...

Koronavirusa "ən çox qadınlar yoluxub", yoluxma hallarının "çoxu Bakıdadır"

Koronavirusla bağlı yoluxma hallarının yarıdan çoxu Bakının payına düşür, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın cümə günü keçirilmiş brifinqin...

Azərbaycanda daha bir tanınmış həkim koronavirusdan vəfat etdi - FOTO

Astaranın tanınmış cərrahı Kamil Əliyev koronavirusdan dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. 48 yaşlı ...

190 manatı gözləyənlərə şad xəbər – Nazirdən açıqlama + Video

 Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə yaxın günlərdə başlanaca...