Bakıda yaşlı kişi köşkdə yanaraq ÖLDÜ

Bakıda yaşlı kişi köşkdə yanaraq ÖLDÜ
Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb.

Sfera.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR