Bakıda süpürgəçini maşın vuraraq öldürüb

Bakıda süpürgəçini maşın vuraraq öldürüb

Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektində qəza zamanı ölən süpürgəçinin şəxsiyyəti müəyyənləşib.

Sfera.az xəbər verir ki, APA-nın məlumatına görə, avtoqəzada həyatını itirən şəxs Sabunçu rayon sakini, 1956-cı il təvəllüdlü Mirzəyeva Gülbacı Sənan qızıdır.

***

 

10:28

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində, Sabunçu rayou ərazisində qeydə alınıb. 

Mənzil İstismar Sahəsinin yolu süpürən işçisini maşın vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR