Bakıda Şirvanşahlar dövrünə aid abidə dağıdıldı

Bakıda Şirvanşahlar dövrünə aid abidə dağıdıldı
 

Zirə qəsəbəsində Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı dövlət qurumlarına məlumat verilib: "Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə Xəzər rayonu Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən, tarixi mənbələrdə Kələzağ adlandırılan "Qışlaq yaşayış yeri"nin dağıdılması barədə daxil olmuş məlumata əsasən əməkdaşlarımız abidəyə baxış keçirib. Baxış zamanı yaşayış yerinin ərazisində yerləşən qəbiristanlıq və Şirvanşahlar dövrünə aid məqbərənin ağır texnika vasitəsilə dağıdılaraq məhv edilməsi faktı müəyyən olunub. Hadisə ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə məlumat verilib. Zəruri məlumatlar hazırlanaraq hüquq-mühafizə orqanlarına da məlumat veriləcək".

F.Hüseynov əlavə edib ki, abidə Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə yerli əhəmiyyətli abidə kimi dövlət tərəfindən mühafizə olunun daşınmaz tarix və mədəniyyət abidələri siyahıslndadır.

OXŞAR XƏBƏRLƏR

Türkiyənin F-16 qırıcıları Naxçıvandan Yerevana hava zərbəsini məşq etdi?

Naxçıvanda keçirilən birgə təlimlər zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Yerevana hava zərbəsi məsafəsinə qədər yaxınlaşıb. Bu barədə av...

Müdafiə Nazirliyindən Polad Həşimovun öldüyü yerlə bağlı RƏSMİ AÇIQLAMA

 General-mayor Polad Həşimovun həlak olması ilə bağlı sosial mediada və bəzi saytlarda həqiqətə uyğun olmayan məlumatın və videomaterialın yayılması böyük ...

Sosial siyasətdə də, düşmənə münasibətdə də siyasi iradə

 Koronavirus pandemiyası dünya əhalisinin həyat və sağlamlığını hədəfə aldığı kimi, istisnasız olaraq bütün ölkələrin iqtisadi durumunu ən ağır sınaqlarla ...

Həbs edilən icra başçıları cərimə olunacaq - Milyonlar...

 "Həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından 30 milyon manat alınacaq". Sfera.az qaynarinfo-ya istinadla xəbər verir ki, bunu iqti...

Rusiyada etiraz mintinqləri davam edir – Xabarovskda son durum

Xabarovskda keçmiş qubernator Furqalı dəstəkləyən daha bir mitinq keçirilir. Sfera.az RİA.Novosti-yə istinadla xəbər verir ki, Xabarovskda həbs olunan k...

Nazirlik 319 əməkdaşını cəzalandırdı - RƏSMİ

  Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri ...