Bakıda şagirdin rəsm çəkməsinə əsəbiləşən müəllim onun başını divara çırpdı - FOTO

Bakıda şagirdin rəsm çəkməsinə əsəbiləşən müəllim onun başını divara çırpdı - FOTO
Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşıb.

Bu barədə məktəbdə təhsil alan şagird Leyla Əliyevanın anası sosial şəbəkələrdə paylaşım edib.

Paylaşımda bildirilib ki, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi onun əlindən markeri alıb:

"Şagirdlərin gözü qarşısında qızımın başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdiriyyətə danışdı. Xatırladım ki, mən də 16 il təhsil müəssisəsində müəllimə kimi çalışmışam.

Üç övlad böyüdürəm. Uşaqlarımın tərbiyəsinə və təhsilinə xüsusi diqqət yetirirəm. Bu özbaşınalığa susmayacağam. Belə vəhşiliyə yol verən kəs müəllim adını daşımamalıdır”.

Sfera.az-ın məlumatına görə, qurumdan oxu.az-ın  sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb:

"Araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub”.

Həmin müəllimə Kəmalə Qasımovadır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda şagirdin rəsm çəkməsinə əsəbiləşən müəllim onun başını divara çırpdı - FOTO

Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tə...

Bakıda narkobaron və onun şəbəkə üzvləri saxlanıldı - FOTOLAR-VİDEO

Bakıda insanlara hədə-qorxu gələrək onlara heroin satdıran narkobaron saxlanılıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən...

Koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 510 yeni yoluxma faktı qeydə alınıb, 1039 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Oper...

Ermənilərin açdığı atəş nəticəsində “Azercell”in əməkdaşı yaralandı – FOTO

Bu gün qanunsuz erməni silahlı qruplaşmaları Ağdamda "Azərcell" əməkdaşına atəş açıb. Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə...

Azərbaycanlı jurnalist koronavirusdan öldü - FOTO

İqtisadçı-ekspert,  jurnalist Fuad Əlizadə vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki,...

Gecə sərxoş halda ağır qəza törədən vəzifəli şəxs kimdir? - FOTO

Novxanı-Binəqədi şossesində yol qəzası zamanı bir nəfər xəsarət alıb. Sfera.az xəbər verir ki, qəza Novxanı qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-...