Hadİsə

Bakıda qorxu dolu anlar: Marketdən oğurluq edib qaçarkən, ətrafdakılara bıçaqla hücum etdi

Bakıda qorxu dolu anlar: Marketdən oğurluq edib qaçarkən, ətrafdakılara bıçaqla hücum etdi
 

Bakıda kişi bıçaqla şəhər sakinlərinə hücum edib.

Sfera.az bildirir ki, Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərin birindən oğurluğa cəhd edən şəxs tərəfindən törədilib:

"Onun hərəkətlərinin qarşısı satıcı tərəfindən alınarkən ona bıçaq xəsarəti yetirməklə, həmin ünvandan qaçmağa çalışıb. Ərazidə xidmətdə olan Yasamal Rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının çevik və operativ müdaxiləsi ilə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq, 27-ci Polis Bölməsinə təhvil verilib".

E.Hacıyev qeyd edib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930