Bakıda qadının çantasından tapança aşkarlandı
14:00 / 08.10.2019
3091
Bakı qadının çantasından pnevmatik tapança aşkarlanıb.
Sfera.az xəbər verir ki, bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 7-də Sabunçu rayonu ərazisindəki inzibati binaların birində Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış zamanı oradan pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilərək götürülüb və müvafiq araşdırmaların aparılması üçün Sabunçu Rayon polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib.