No Image
No Image

Bakıda vəzifəli şəxslərin saxtakarlığı ifşa olundu - RƏSMİ

Bakıda vəzifəli şəxslərin saxtakarlığı ifşa olundu - RƏSMİ
Bakı şəhəri, Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri ilə sözügedən tibb müəssisəsinin vəzifəli şəxslərinin ayrı-ayrı vətəndaşlara peyvənd vurulmadan "COVID-19 vaksinasiyası üzrə məlumat forması”nda vaksin edilmələri ilə bağlı yalan məlumatları daxil etmələri müqabilində xəstəxananın inzibati binasında onlardan müxtəlif məbləğlərdə pul almalarına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vüsal Babayevin rüşvət alması belə müəyyən olunub - RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həbs edilən Vüsal Babayevlə bağlı açıqlama verib. Xidmətdən bildirilib ki, 2020-ci ilin yay aylar...

Uşaq bağçasında yaşayan qadını öldürən polis imiş - RƏSMİ

Sabirabad rayonunda uşaq bağçasında öldürülən qadını kimin qətlə yetirdiyi məlum olub. Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, iyulun 2...

Bakıda vəzifəli şəxslərin saxtakarlığı ifşa olundu - RƏSMİ

Bakı şəhəri, Suraxanı rayonu 24 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror...

Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən xarici vətəndaşa 10 il həbs verildi

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cina...

Özünü binadan atan şəxs təcili yardımdan qaçıb ev soydu - Bakıda film kimi hadisə

Yasamal rayonunda 35 yaşlı Muxtar Ağasıyev intihara cəhd edib. Rayonda yerləşən beşmərtəbəli binanın damına çıxan Ağasıyev özünü yerə atıb. Xəsarətlər ala...

Şəhid ailəsinin evindən oğurluq edənlər saxlanıldı - FOTOLAR

Şəmkirdə şəhid ailəsinin evindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Şəmkir ra...