Bakıda oğrunun məhkəmədə səmimi etirafı hakimi təəccübləndirdi

Bakıda oğrunun məhkəmədə səmimi etirafı hakimi təəccübləndirdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rəşad Zərbəliyev, Kənan Səfərov, Cabir Zərbəliyev, Tural Əliyev, Mehdi Əliyev və İbrahim Mustafayevincinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Sfera.az oxu.az-aza istinadən xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

İbrahim Mustafayev ifadəsində deyib ki, oğurluqdan əldə edilən 21 min manat pulu üç yerə bölüblər:

"Bu puldan mənə 6-7 min manat çatıb. Bundan da 4 min manat pulu iki günə xərclədim”.

İ. Mustafayev hakimin "İki günə 4 min manat xərcləmisən?” sualına "Əşi, oğurluq pul idi də xərclədim, getdi” cavab verərək deyib ki, evə girəndə qadının əlini yapışqanla bağlayıb:

"Kişinin əlini isə Tural bağladı. Kənardan bizi tanımasınlar deyə, maska taxmışdıq”.

Digər təqsirləndirilən Kənan Səfərov isə özünü qismən təqsirli bildiyini deyib.

Mehdi Əliyev də heç bir cinayət törətmədiyini deyib: "Mən o evə girməmişəm, boş yerə məni burda saxlayıblar. Özüm ağır epilepsiya xəstəsiyəm, hər an huşum gedə bilər. Çox xahiş edirəm, məni azadlığa buraxın”.

Proses yanvarın 17-dək təxirə salınıb.

Qeyd edək ki, quldurluq hadisəsi bu il yanvarın 19-da Şamaxı rayonunun Məlhəm kəndində baş verib. Gecə saat 03.00 radələrində həmin kənddə yaşayan Gülbar Novruzovun evinə girən maskalı şəxslər onun və xanımı Gülyaz Novruzovanın əl və ayaqlarını yapışqanlı lentlə bağlayıblar.

Əvvəl bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman dövlət ittihamçısı bildirib ki, təqsirləndirilən R. Zərbəliyev və K. Səfərova qarşı istintaq orqanı tərəfindən daha ağır ittiham irəli sürülsə də, cinayət işində yer alan ittiham aktının nəticə hissəsində bəzi maddələr göstərilməyib. Həmçinin o söyləyib ki, istintaq zamanı iki zərərçəkmişin olduğu göstərilsə də, cinayət işi materiallarında bir nəfər zərərçəkmişin adı qeyd edilib. Prokuror qeyd edilən prosessual pozuntuların nəzərə alınmasını və cinayət işinin yenidən istintaqa qaytarılmasını tələb edib.

Məhkəmənin qərarı ilə cinayət işi yenidən prokurorluğa qaytarılıb.

OXŞAR XƏBƏRLƏR

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...