No Image
No Image

Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO

Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO
Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3953 manat pul vəsaiti olan "E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hadisə barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Qısa zamanda "isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi "VAZ-21011” markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir "Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar.

Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda qeyd edilən oğurluq hadisəsini törədiblər. M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın ərazisində qıraraq içərisində olan pulu ələ keçiriblər. E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus "Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.

Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Bu şəxslərin ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları məlum olub.

Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. M.Kazımov və E.Həmzəyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in "102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.



Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı avtoritetlər arasında atışma, ölən var - VİDEO

Dünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma olub. Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, atışma anı binalardan birindən ...

Sərdar 20 yaşlı sevgilisini öldürüb meyitini zibillikdə gizlətdi - VİDEO

Xəbər verdiyimiz kimi, bir ay əvvəl Gəncədə itkin düşən 19 yaşlı Pərvin Musayevanın qətlə yetirildiyi məlum olub. Onu 20 yaşlı sevgilisi Sərdar Cəfərov boğaraq ...

Bakıda avtobuslarda vətəndaşları belə soyublar - ƏMƏLİYYAT ÇƏKİLİŞİ

Bakıda ictimai nəqliyyatda və dayanacaqlarda cibgirliklə məşğul olan şəxslərə qarşı polis əməkdaşları xüsusi əməliyyat keçirib Daxili İşlər Nazirliyinin M...

Bakıda marketdən “E-manat”ı belə oğurladılar - ANBAAN VİDEO

Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3953 manat pul vəsaiti olan "E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfində...

Qayınatası tərəfindən tikə-tikə doğranan gəlinin toyundan görüntülər - VİDEO

Bakıda 75 yaşlı qayınata İdris Məhərrəmov tərəfindən qətlə yetirilən 32 yaşlı Banu Xudayar qızı Məhərrəmovanın toy videosu yayılıb. Sfera.az xəbər verir k...

"Nəvai" postunda mikroavtobusu polislərin üzərinə sürdü, həbs edildi - ANBAAN VİDEO

Azərbaycanda qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs həbs edilib. Sfera.az  xəbər verir ki, yanvarın 28-də 90-UD-678 dövlət nişanlı "Mercedes Sp...